6 iyul 2016 18:30
Rəhim Həsənovdan Avroliqa matçında 7 sarı vərəqə
Azərbaycanlı hakim Rəhim Həsənov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçirilmiş Malta "Birkirkara"sı ilə Bosniya-Herseqovina "Şiroki Briyeq"i arasındakı oyunu idarə edib. Azerisport.az xəbər verir ki, ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşmış bu komandaların cavab görüşündə 2:0 hesabıyla qalib gələn maltalılar mərhələ adlayıblar.
Həsənov bu oyunda futbolçulara 7 sarı vərəqə göstərib.
