Adlan Şişxanov: Kəpəzin taktikası məni maraqlandırmır
Moldovanın "Daçiya" klubunun meneceri Adlan Şişxanov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Hər şeyə iki oyunun nəticəsinə görə aydınlıq gələcəyini gözəl anlayırıq. Bu görüşün də əhəmiyyətini yaxşı dərk edirik. Rəqibin taktikası məni maraqlandırmır. Bircə onu əminliklə deyə bilərəm ki, "Kəpəz"i əsl döyüş gözləyir".
Baş məşqçi Oleq Bejenarın mətbuat konfransına gəlməməsinə də toxunan Şişxanov bunları dilə gətirib: "Bejenar xəstələnib. Bir neçə gün də burada qalsanız, sizi onunla görüşdürə bilərəm. O da mənim sözlərimi təkrar edəcək. Biz döyüşə hazırıq. Növbəti mərhələyə çıxmağa köklənmişik. Planlarımız dəyişməyib".
