6 iyul 2016 16:20

Şahin Diniyev: Daçiya daha şanslıdı

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sı ilə səfər oyunu öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

- İlk oyunun azarkeşlər və jurnalistlər üçün maraqlı alındığını düşünürəm. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Qol epizodlarına gəlincə, bizim şanslarımız daha çox idi. Əgər son dəqiqələrdə qol vursaydıq, qalib gələ bilərdik. Cütün taleyi Kişinyovda həll olunacaq. Bunu hələ Bakıdakı oyundan əvvəl və sonra da demişdim. Layiq olan komanda növbəti mərhələyə çıxacaq. Sabah meydanda əsl mübarizə gözləyirəm.

- Yəqin ki, mərhələni keçsəniz, bu, bir neçə gün sonra qeyd edəcəyiniz 50 illik yubileyinizə ən böyük hədiyyə olacaq?
- Bəli, doğum günümə ən böyük hədiyyə mərhələni keçməyimiz olardı.

- İlk oyundan sonra demişdiniz ki, futbolçularda fiziki problemlər var. Bu günə kimi irəliləyişə nail olmusunuz?
- Oyunlara hazırlaşmaq üçün vaxtımız az idi, sadəcə 15 gün. Bu müddət ərzində həm taktiki, həm də fiziki hazırlıq keçmək çətindi. İstədiyimiz qədər oyun oynaya da bilmədik. Bu da oyun praktikasının azlığı deməkdi. Düşünürəm ki, “Daçiya” da eyni problemlə üzləşib. Fiziki duruma gəlincə, 5 gün ərzində çatışmazlıqları aradan qaldırmaq mümkün deyil. Biz ideal formada deyilik.

- Oyundan öncə hansı stadionda məşq edəcəyinizi dəqiqləşdirmisiniz?
- Biz Speyaya gedib orada hazırlaşmalı idik. Ancaq oyunçular yol yorğunluğu planımızı dəyişdi. Əgər Speyaya gedəsi olsaq, yola üç saat vaxt itirəcəyik. Bu da futbolçularıma əlavə problem yaradacaq.

- Texnikanın hesabına fiziki çatışmazlığı kompensasiya edə bilərsiniz?
- Hamınız birinci oyunu gördünüz. Dünya futbolunda texniki hazırlıq əsas deyil, əsas motivasiyadı. Futbolçuları 47 faizi fiziki hazırlıq, 22 faizi taktika, 21 faizi isə psixologiya təşkil edir. Qalan 10 faizin içərisində taktika var. “Daçiya” ilk oyunda çox xoşuma gəldi. Həm taktiki, həm texniki, həm də psixoloji cəhətdən hazırlıqlı idi. Sabahkı oyunda isə texnika və fizika yox, psixoloji hazırlıq özünü göstərəcək.

- Evdə 0:0 oynayan əskər klublar səfərdə bir qol üçün oynayır. Hesabı açsanız, oyuna necə davam edəcəksiz?
- Səmimi danışacam, müdafiəyə daha çox diqqət edəcəyik. “Daçiya”nın daha çox şansı var. Evdə qol vursaydıq, bizim üçün səfərdə daha çətin olardı. “Daçiya” evdə oynayır, səfərdə istədiyini qazandı. Şanslar 60/40-a “Daçiya”nın tərəfindədi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.