6 iyul 2016 14:30
Ruslan Qurbanov: Avropa Liqasının qrupuna vəsiqə qazanmaq çətin olacaq
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Malta "Baltsan"ına qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb, bu turnirin qrupunda oynamaq şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Öncə "Baltsan"ı keçmək lazımdır. Daha sonra növbəti rəqiblər barədə düşünmək olar. Qrup mərhələsinə gəlincə, buna nail olmaq çox çətin görünür. Amma futbolda hər şey ola bilər. Biz belə bir uğura imza atmaq üçün əlimizdən gələni edəcəyik. Sonda necə olacağını isə zaman göstərəcək".
