6 iyul 2016 13:40
Rəşad Eyyubov: Samtredia ev oyununda ikiqat əzmlə mübarizə aparacaq
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Eyyubov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Samtredia"sına qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Artıq növbəti mərhələdə olduğumuzu düşünməyimiz düzgün olmaz. Ona görə də cavab matçına maksimum məsuliyyətlə yanaşmağa çalışırıq. "Samtredia"nın zəif komanda olduğunu deməzdim. İlk oyunda da onlar çox yaxşı kombinasiyalı futbol sərgilədilər. Cavab görüşünü evdə keçirəcəkləri üçün ikiqat əzmlə oynayacqlar. Maraqlı oyun olacaq".
