6 iyul 2016 12:30
Neftçi - Baltsan matçına 4 min bilet satılıb
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə Malta "Baltsan"ı arasında keçiriləcək cavab oyununa bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq bu görüşü izləmək istəyən 4000 azarkeş biletini alıb.
Amma oyun saatına qədər bu göstəricinin artması istisna deyil. Matçın keçiriləcəyi 8-ci km qəsəbə stadionu 11 min azarkeş tutur.
Qeyd edək ki, "Neftçi" - "Baltsan" oyunu sabah keçiriləcək və saat 20:00-da start götürəcək. Tərəflər arasındakı ilk matç bakılıların 2:0 hesablı səfər qələbəsi ilə yekunlaşıb.
