6 iyul 2016 12:00
Kəpəz artıq Moldovadadır
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sının qonağı olacaq "Kəpəz" artıq Moldovadadır. Azerisport.az xəbər verir ki, gecə saatlarında Bakını tərk edən Gəncə təmsilçisi bu səhər mənzil başına çatıb.
Qeyd edək ki, bu iki komanda arasında Bakıda keçirilmiş ilk oyun qolsuz başa çatmışdı. Cavab oyunu isə sabah Speyada keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
