6 iyul 2016 01:40
Toplanış çərçivəsindəki ilk oyunda darmadağın
"İnter"in əvəzedici heyəti "İnter Arena"da təlim-məşq toplanışı keçirir. Azerisport.az xəbər verir ki, ötən gün bu komanda toplanış çərçivəsində ilk yoxlama matçına çıxıb.
"İnter Arena"da birinci divizion təmsilçisi "Sabunçu" ilə qarşılaşan "İnter"in əvəzediciləri böyük hesablı qələbəyə sevinib. Belə ki, oyun 4:1 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb.





