6 iyul 2016 00:10
Baltsanla cavab oyununa hazırlıq davam edir
"Neftçi” Avropa Liqasında birinci təsnifat mərhələsinin Maltanın "Baltsan” klubu ilə cavab oyununa hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, komanda bu gün görüşün keçiriləcəyi 8-ci km stadionunda növbəti məşqinə çıxıb.
Qeyd edək ki, oyunöncəsi son məşq sabah saat 20:00-da "Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutacaq.













