5 iyul 2016 20:15
Rəhman Hacıyev: Neftçi bu mövsüm daha uğurlu çıxış etmək istəyir
Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutacaq "Neftçi" - Baltsan" oyunu öncəsi təmsilçimizin yarımmüdafiəçisi Rəhman Hacıyev fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o bunları söyləyib:
"Təlim-məşq toplanışında ciddi hazırlaşırdıq. Ötən mövsümkü nəticəni təkrarlamaq istəmirik. Bu mövsüm daha uğurlu çıxış etmək istəyirik. İlk oyunun nəticəsinə baxmayaraq, cavab matçına da ciddi hazırlaşırıq".
