Vəli Qasımov: Neftçinin daha böyük uğurlar qazanacaq potensialı var
Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutacaq "Neftçi" - Baltsan" oyunu öncəsi təmsilçimizin baş məşqçisi Vəli Qasımov mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Komanda yaxşı vəziyyətdədi. Cavab oyununda da müsbət nəticə gözləyirik. Biz hələ Malta klubunu keçməmişik. Ona görə də potensial rəqiblərimiz barədə düşünmürük. Amma belə informasiyamız var".
Baş məşqçi komandasının hədəflərindən də söz açıb: "Konkret söz verə bilmərəm. Amam biz mümkün qədər irəli getməyə çalışacağıq. Bu komandanın potensialı daha böyükdür".
Bakılıların çalışdırıcısı yeni transferlər həyata keçirmək istədiklərini də bildirib: "Seleksiya işlərimiz hələ yekunlaşmayıb. Yeni hücumçu axtarırıq. Geridə qalan müddətdə xeyli futbolçunu nəzərdən keçirmişik. Amma hələ bizə lazım olanı tapa bilməmişik".
Braziliyalı Ayltonun aqibətin də toxunan mütəxəssis bunları dilə gətirib: "Danışıqlar davam edir. Amma hələ onun komandada qalıb-qalmayacağını bilmirik".
