5 iyul 2016 19:00

SOCAR-dan uşaq futboluna hədiyyə: AÇ-nin finalına səyahət

AFFA və Azərbaycanın futbol üzrə yığma komandasının rəsmi sponsoru SOCAR, marketinq strategiyasının davamı olaraq, 2016-cı il futbol üzrə Avropa Çempionatının rəsmi tərəfdaşlığını həyata keçirir. Azerisport.az xəbər verir ki, SOCAR UEFA ilə tərəfdaşlığından bəhrələnərək, artıq ən mühüm korporativ məqsədlərinə nail ola bilib:

Şirkət xarici ölkələrdə olan YDM-də satışlarını 30%-a qədər artırmışdır, Avropa bazarında öz məhsullarının davamlı satışını təmin etmək üçün SOCAR Avropanın ən böyük futbol yarışı vasitəsilə brendin tanıdılması vəzifəsini yerinə yetirməkdədir.

Gəlirlərin davamlı artırılması ilə yanaşı, SOCAR futbol bayramının sevincini ilk növbədə Azərbaycandakı futbolsevərlərin üzünə açıb, Bakı Olimpiya Stadionunda azarkeşlər zonasının yaradılması, SOCAR Barometer onlayn statistik məlumatlandırma sisteminin tətbiqi və Avropa Çempionatına biletlərin azarkeşlərə hədiyyə edilməsi kimi bir sıra ictimai layihələri həyata keçirən SOCAR Azərbaycanın gənc futbolçularını daha yüksək nailiyyətlərə təşviq etmək məqsədilə ölkəmizin müxtəlif bölgələrindən 9-13 yaşlarında olan uşaq futbol liqalarının bombardirlərinə Fransaya Avropa Çempionatının finalına səyahət hədiyyə etmişdir.

Öz liqalarının istedadlı futbolçuları olan Bəhlul Mehdiyev, Jalə İldırımova, Əfqan Nuriyev, Ümid Səmədov, Sadiq Şəfiyev və Selcan Hüseynli iyulun 10-da final oyununu Parisin stadionunda izləyəcəklər. AFFA-nın dəstəyi ilə həyata keçirilən bu layihə çərçivəsində iştirak edən hər bir uşağın həyatı və nailiyyətləri haqqında qısa filmlər çəkilmişdir və ictimaiyyətə təqdim olunur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.