5 iyul 2016 18:00
Yusif Nəbiyev Sumqayıtda çıxış edəcək
2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" Futbol Klubu daha bir futbolçu ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, sumqayıtlılar "Qəbələ"nin üzvü Yusif Nəbiyevi bir illiyinə icarəyə götürüb.
Adıçəkilən futbolçu "Sumqayıt"da 74 nömrəli formanı geyinəcək.
