5 iyul 2016 15:40
Qarabağın Düdelanjla cavab matçının yeri və vaxtı bilindi
Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Lüksemburq "Düdelanj"ı ilə cavab matçının keçirilmə yeri və vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, qarşılaşma iyulun 20-də Düdelanjdakı "Yos Nosbaum" stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun bu həftə Bakıda keçiriləcək.
