5 iyul 2016 14:20
Ramin Musayev: Hakimliyin səviyyəsinin yaxşılaşması üçün çalışırıq
PFL prezidenti Ramin Musayev Azərbaycandakı hakimliyin səviyyəsindən danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Deyərdim ki, Rusiya çempionatında və kubokunda qalibi hakimlər müəyyənləşdirir. Düzdür, bizdə də səhvlər var. Amma səhvə yol verən hakimlərin hamısı cəzalarını alıblar. Biz hakimliyin səviyyəsinin yaxşılaşması üzərində işləyirik".
