Ramin Musayev: Mənim üçün say yox, keyfiyyət önəmlidir
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz Premyer Liqasındakı klub sayından, eləcə də ölkədə gənc oyunçuların inkişafından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Çempionatda ən azı 12 komandanın iştirak etməsini istəyirik. 10 da ola bilər. Mənim üçün say yox, keyfiyyət önəmlidir. Birinci divizionda yeni komanda çıxış edəcək - "Səbayel". Hələlik, birinci divizionda dəqiq neçə komandanın çıxış edəcəyini deyə bilmərəm. Bizim futbolçular çox tez dəyişirlər. Amma futbolçu artıq 23 yaşında ilinə 300 000 manat qazanırsa, bununla heç nəyə nail olmaq olmaz. Klublar bunu nizamlamalıdırlar. İndi maliyyə böhranı ilə əlaqədar pulları azalıb. Futbol inkişaf edəcək. Futbolçular da oynamalıdırlar. Siz növbəti mövsümün maraqlı keçdiyini özünüz də deyəcəksiniz".
