5 iyul 2016 12:40
Azərbaycan çempionatında limit dəyişdirilə bilər
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bəyan edib ki, birinci divizionda futbolçulara tətbiq olunan limitdə dəyişiklik edilə bilər. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Artıq AFFA rəhbərliyindən birinci diviziondakı limitə dəyişiklik etməklə bağlı razılıq almışam".
Lakin o, konkret hansı dəyişikliyin ediləcəyini açıqlamayıb.
