5 iyul 2016 11:40
Ramin Musayev üçüncü müddətə PFL prezidenti seçildi
Bu gün Peşəkar Futbol Liqasının prezidenti postuna seçki keçirilib. Azerisport.az xəbər verir ki, mərasim AFFA-nın inzibati binasında təşkil olunub.
Seçkidə AFFA prezidenti Rövnəq Abdullayev və Premyer Liqa klublarının nümayəndələri iştirak ediblər.
Seçkilərdə yeganə namizəd olan Ramin Musayev növbəti müddətə PFL prezidenti seçilib. Qurumun yarandığı gündən ona rəhbərlik edən Musayev artıq üçüncü dəfədir bu posta təyin olunur.
