5 iyul 2016 11:20

Nicat Qurbanov: Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik

"Kəpəz"in yarımmüdafiəçisi Nicat Qurbanov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sına qarşı keçirəcəkləri cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- "Daçiya" ilə Bakıdakı oyundan sonra yorğunluq hiss etdiniz?
- Ağır oyun oldu. Amma matçdan sonra tam bərpa olmağımız üçün kifayət qədər vaxtımız oldu. Şükür ki, hər şey qaydasındadır. Cavab oyununa ciddi hazırlaşırıq.

- "Kəpəz" Moldovada da Bakıdakı kimi oynayacaq?
- Moldovadakı oyun bir qədər çətin olacaq. "Daçiya" evdə yaxşı oynayır. Bizim isə hədəfimiz səfərdə qol vurmaqdır. Fikrimcə, Şahin Diniyev artıq səfərdə necə oynayacağımızı özü üçün müəyyənləşdirib.

- Komandanızın növbəti mərhələyə vəsiqə qazanması kimdən və nədən asılıdır?
- Hər şey komandamızın öz əlindədir. Kim daha çox arzulayırsa, kim az səhv edəcəksə, o da mərhələ adlayacaq. Hər şey özümüzdən asılıdır. Çox motivasiyalıyıq. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə yüksələk.

- "Kəpəz"in Bakıda qələbə qazana bilməməsinə nə səbəb oldu?
- Mən bunu bəxtsizliklə əlaqələndirərdim. Komandamız 3-4 qol vəziyyəti yaradıb, son nöqtəni qoya bilmirsə, deməli, bu, bəxtsizlkdir. Amma Moldovada şansımızı əldən verməməyə çalışacağıq.

- "Daçiya" favorit göstərilsə də, Bakıda yaxşı futbol sərgiləmədi...
- "Daçiya"nı zəif komanda kimi göstərmək düz deyil. İstənilən rəqibə hörmətlə yanaşmaq lazımdır. İlk oyunda biz qələbə qazanmağı çox istəyirdik. Ona görə də ola bilsin ki, rəqibin oyunu bizim yaxşı oyunun müqabilində zəif təsir bağışladı.

- Bakıdakı oyunda aqressvlik hiss olunurdu. Rəqib hətta "feyr-pley"ə də əməl etmirdi. Bu, rəqibin sizə qarşı hörmətsizliyi idi, yoxsa özündən razılığı?
- Futbolda aqressivlik normaldır. Bütün bunları sadəcə, oyun epizodu hesab edirəm. Həm də olanlar hamısı artıq geridə qalıb.

- Sizə elə gəlmir ki, Moldovada daha ciddi təzyiqlə üz-üzə qalacaqsınız?
- Onsuz da səfərdə oynamaq həmişə ağır olur. Amma biz heç nədən çəkinmirik. Futbolda heç nədən qorxmaq lazım deyil.

- Cavab oyununda da qol vurulmasa, əlavə vaxt və penalti seriyası ola bilər. Buna hazırsınız?
- Biz cütün taleyini 90 dəqiqədə həll etmək istəyirik. Amma 120 dəqiqə də oynamağa hazırıq.

- "Kəpəz" mərhələ adlasa, "Admira Vakker" - "Spartak Miyava" cütünün qalibi ilə mübarizə aparacaq...
- Biz hazırda tam olaraq "Daçiya" ilə cavab matçına köklənmişik. Moldovalıları keçək, sonra növbəti rəqib barədə düşünərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.