5 iyul 2016 00:30
Daçiya azarkeşlərə müraciət etdi
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"lə cavab oyununa çıxacaq Moldovanın "Daçiya" klubu azarkeşlərinə müraciət ünvanlayıb. Azerisport.az xəbər verir ki, klub saytı vasitəsilə ünvanlanan müraciətdə iyulun 7-də keçiriləcək qarşılaşmada tərəfdarların komandaya dəstək vermələri xahiş olunur.
"Daçiya" rəsmiləri hətta azarkeşlərə matçın keçiriləcəyi Speyaya gəlib-qayıtmaları üçün yol xərclərini də ödəyəcəklərini vəd ediblər. Matçın biletləri isə stadiona gələnlərə pulsuz veriləcək.
Qeyd edək ki, "Daçiya" - "Kəpəz" matçı iyulun 7-də Speyada şəhərinin eyniadlı stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
