4 iyul 2016 19:30
Neftçinin sabiq futbolçusu Yunanıstan Super Liqasında
"Neftçi"nin sabiq futbolçusu Bruno Bertuççi özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, braziliyalı müdafiəçi Yunanıstan Super Liqasında çıxış edən "Veriya" ilə anlaşıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2012-ci ildən 2015-ə qədər Bakı təmsilçisinin şərəfini qoruyub.
