4 iyul 2016 18:30

Zirə ilk mərhələdə üç yoxlama oyunu keçirəcək

İyunun 22-dən təlim-məşq toplanışına start verən “Zirə” hazırlığın ilk mərhələsində üç yoxlama oyununda qüvvəsini sınayacaq. Azerisport.az xəbər verir ki, indiyə qədər futbolçuları ikitərəfli oyunda sınaqdan keçirən baş məşqçi Adil Şükürov sabahdan etibarən yoxlama görüşlərində də komandanı meydana çıxaracaq.

Sabah “Zirə” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”la üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.
 
“Qartallar” hazırlığın bu mərhələsində daha iki yoxlama oyununda meydana çıxacaq. Komanda iyulun 10-da Sumqayıtda şəhərin eyniadlı klubu ilə, 14-də isə ADBTİA-nın stadionunda AZAL-la üz-üzə gələcək.
 
“Zirə” AZAL-la oyundan sonra Bakıdakı təlim-məşq toplanışını başa vuracaq. İyulun 16-da start götürəcək hazırlığın növbəti mərhələsi Türkiyədə keçirəcək və 30-dək davam edəcək toplanışda “qartallar” 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.