4 iyul 2016 18:00
Kamara: Qarabağ Düdelanjı keçəcək
AZAL və "Qəbələ"nin sabiq yarımmüdafiəçisi, hazırda Lüksemburqun "Etsella" klubunda çıxış edən Abdul Kader Kamara "Qarabağ"ın bu ölkənin digər təmsilçisi "Düdelanj"la ÇL-dəki şansları barədə danşıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Lüksemburq balaca ölkə olsa da, futbolu burada sevirlər. Milli çempionatları da maraqlı keçir. "Düdelanj" zəif komanda deyil. Onlara qarşı mübarizə aparmaq çətindir. Artıq neçə ildir çempion olurlar. Avrokuboklarda böyük uğurları olmasa da, sürprizlər edə bilirlər. "Qarabağ" heyətinə görə bu komandadan güclüdür. Həm də ağdamlılar cütün taleyini elə ilk oyunda həll edə bilərlər. Məncə, "Qarabağ" istənilən halda mərhələni keçə tərəf olacaq".
