4 iyul 2016 13:30
PFL-də prezident seçkisi olacaq
Peşəkar Futbol Liqasının prezidenti postuna seçki keçiriləcək. Azerisport.az xəbər verir ki, mərasim 5 iyul saat 11:00-da AFFA-nın inzibati binasında təşkil olunacaq.
Seçkidə AFFA prezidenti Rövnəq Abdullayev və Premyer Liqa klublarının nümayəndələri iştirak edəcəklər.
