4 iyul 2016 12:00
Neftçi legioner hücumçu alır
"Neftçi" Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Malta "Baltsan"ı ilə cavab oyununa hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, bakılıların heyətində itki yoxdur.
Paytaxt klubu heyətini gücləndirmək yönündə də çalışmalarını davam etdirir. Bakılılar hazırda hücumçu axtarışındadırlar. Artıq "Neftçi"yə bir neçə əcnəbi hücumçu təklif olunub. Yaxın günlərdə namizədlər arasından seçim ediləcək və danışıqlara start veriləcək.
