Aleksey Qay: Qəbələni tərk etsəm də, onlara heç bir iradım yoxdur
"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Aleksey Qay Ukrayna mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
- "Qəbələ"ni niyə tərk etdiniz?
- Prinsipcə, hər şey sadədir. Müqaviləmizin müddəti başa çatdı. Mən də Azərbaycanı tərk etdim.
- Sizə qalmağı tərklif etmədilər?
- Klub rəhbərliyinin istəyini deyə bilmərəm, amma mənim qalmaq arzum yox idi. Amma buna görə baş məşqçiyə, "Qəbələ"yə heç bir iradım yoxdur. Demək olar ki, belə bir qərarın alınmasında ailə vəziyyətim həlledici rol oynadı. Uşaqlar orada məktəbə getsələr də, idmanla məşğul olmaq imkanları yox idi.
- "Qəbələ"də futbol planında nə kimi təcrübə qazandınız?
- Belə bir komandada çıxış etdiyim üçün taleyimə minnətdaram. Orada olmaq, Roman Qriqorçukla çalışmaq, səviyyəli futbolçularla oynamaq çox komfortlu idi. Fikrimcə, tək mən yox, həm də klub Avropa Liqasında iştirak etməklə böyük təcrübə toplamış oldu.
- Yaşayış baxımından Azərbaycanda qalmaq çoxmu çətindir?
- Biz oteldə qalırdıq. Qəbələ elə də böyük şəhər deyil. Hamı bir-birini yaxından tanıyır. Şərq mətbəxi bizdə elə də diskomfort yaratmırdı.
- Əksəriyyət başqa ölkələrə üz tutduğu halda, siz Ukraynaya qayıtdınız...
- Əlbəttə, bizim çempionatda nələrin baş verdiyindən xəbərim var. Buna görə mən də başqa ölkəyə yollanmağa, yeni təcrübə toplamağa çalışacağam. Amma karyeramı başa vurmayacağım dəqiqdir.
(MatchDay)
