4 iyul 2016 11:00
Daçiya - Kəpəz matçı gürcülərə tapşırıldı
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"lə Moldova "Daçiya"sı arasında baş tutacaq cavab matçının hakimləri bəllidir. Azerisport.az xəbər verir ki, UEFA Kişinyovda keçiriləcək cavab görüşünü gürcü hakimlərə tapşırıb.
Baş hakim Laşa Silaqava olacaq. Ona yan xətt hakimləri Zaza Menteşaşvili ilə Levan Todriya yardım edəcək. Dördüncü hakim funksiyasını isə Qoqa Kikaçeişvili yerinə yetirəcək.
Qeyd edək ki, Bakıdakı ilk oyunda qolsuz heç-heçəyə razılaşmış "Kəpəz"lə "Daçiya"nın Moldovadakı cavab oyunu iyulun 7-də keçiriləcək və saat 19:00-da start götürəcək.
