4 iyul 2016 00:10
Qarabağ daha bir yoxlama oyunu keçirəcək
Avstriyada təlim-məşq toplanışını yekunlaşdıran və ötən gündən etibarən Bakıda Çempionlar Liqasının hazırlıqlarına start verən "Qarabağ" daha yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, Ağdam klubu ötən mövsüm Premyer Liqanın gümüş medallarını qazanan "Zirə" ilə qarşılaşacaq.
Oyun iyulun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 21:00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının ikinci təsnifat mərhələsində iyulun 12-də Lüksemburq təmsilçisi "Düdelanj"la qarşılaşacaq. Həmin oyun da saat 21:00-da başlayacaq.
