4 iyul 2016 00:05
Qarabağ Bakıda hazırlıqlara start verdi
Avstriyada təlim-məşq toplanışını başa vuran “Qarabağ” artıq vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, komanda ötən gün istirahət etmədən klubun bazasında Çempionlar Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacağı Lüksemburqun “Düdelanj” klubu ilə matçın hazırlıqlarına start verib.
Futbolçuların hazırlığı axşam saat 18:00-da start götürüb və təxminən 1 saat davam edib.
Qeyd edək ki, “Qarabağ” – “Düdelanj” matçı iyulunun 12-də keçiriləcək və saat 21:00-da başlayacaq.
