3 iyul 2016 13:00
Futbolçularımızın komandası ilk oyunda darmadağına sevindi
Futbol üzrə Latviya Kubokunda ikinci mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Vüqar Əsgərovla Orxan Həsənəliyevin şərəfini qoruduğu "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Futbolçularımızın komandası kubokun yeni mövsümündəki ilk matçını "JDFS Alberts"ə qarşı keçirib. Matç "Olayne/Super Nova"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə, futbolçularımızın klubu növbəti mərhələyə vəsiqə qazanıb.
