3 iyul 2016 00:30
Duysburq 15, Erat 2 qol vurdu
Almaniyanın "Duysburq" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu bu komanda "Tevtoniya Sent-Tonis"lə qarşılaşıb.
Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 15:0. Erat bu görüşün 46-cı dəqiqəsində, hesab 6:0 olarkən meydana çıxıb. Komandasının 10-cu və 15-ci qollarını da məhz Erat vurub.
