3 iyul 2016 00:15
Kərim Diniyev: Daçiya keçiləsi rəqibdir
"Kəpəz"in yarımmüdafiəçisi Kərim Diniyev Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sına qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bakıdakı qolsuz heç-heçənin "Daçiya" üçün üstünlük olduğunu düşünmürəm. Kimin nəyə qadir olduğunu ilk oyunda gördük. Hesab edirəm ki, "Daçiya" keçiləsi rəqibdir. Şanslar hələ bərabərdir. Hər şeyə cavab matçında aydınlıq gələcək".
