2 iyul 2016 19:30
Kordoba Eddi İsrafilovla yeni müqavilə imzalamadı
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov İspaniyanın "Kordoba" klubundan ayrılıb. Azerisport.az xəbər verir ki, "Real Mursiya"ya məxsus olan millimizin üzvü son mövsümün ikinci yarısını icarə əsasında keçirdiyi Sequnda Liqa təmsilçisindən ayrılıb.
Buna "Kordoba" rəhbərliyinin onu heyətdə saxlamaq istəməməsi səbəb göstərilir. Eddinin Sequnda B-də çıxış edən "Mursiya"ya qayıdıb-qayıtmayacağı bilinmir. İstisna deyil ki, o, özünə başqa klub tapsın və yenidən icarə əsasında çıxış etsin.
