2 iyul 2016 15:00
Maşado Nilson: Yığmada beş milliləşdirilmiş braziliyalı var
Futzal üzrə Azərbaycan yığmasının fiziki hazırlıq üzrə məşqçisi Maşado Nilson Kolumbiyada keçiriləcək dünya çempionatına hazırlıqdan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bir həftəyə yaxındır məşq edirik. Növbəti həftədən fiziki hazırlıqla yanaşı taktiki-texniki hazırlığa da diqqət ayırmağa başlayacağıq. Hazırda komandada 16 oyunçu var. Onlardan beşi milliləşdirilmiş braziliyalıdır. Bu ayın ortalarında yerli komandalardan biri ilə yoxlama oyunu keçirməyi planlaşdırırıq. Daha sonra isə xarici komandalarla oyunlar keçirməliyik. Bizə güclü sınaqçı-rəqiblər lazımdır".
