2 iyul 2016 14:00
Vaqif Sadıqov: Nazim Əliyev bu posta layiqdir
AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Nazim Əliyevin bu komitəyə yeni üzv kimi seçiləcəyinə dair xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Düzünü deyim ki, Nazim Əliyevin AFFA-nın Məşqçilər Komitəsinə üzv olacağını mən də mətbuatdan oxumuşam. Mən eşitməmişəmsə, indi özünüz nəticə çıxarın. Amma belə Əliyev bu postu tutmağa layiqdir".
