2 iyul 2016 13:00
Rüfət Dadaşov: Bu klubda çıxış etməklə qardaşıma da yaxın olacağam
Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın "Moyzelvits" klubuna keçidindən danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Buradakı şərait çox yaxşıdır. "Moyzelvits"də olmaqla həm də qardaşım Renata yaxın olacağam, onun çıxışını yaxından izləmək şansım olacaq. Çünki o da "Leypsiq"in futbol akademiyasında olur". (OTZ)
