2 iyul 2016 00:05

Teo Uiks: Bu uğurum bütün komandanın əməyidir

“Qəbələ” 2016-2017-ci illər mövsümünə böyükhesablı qələbə ilə start verib. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin “Samtredia” (Gürcüstan) ilə matçında 5:1 hesabı ilə qalib gəlib.

Komandada ilk oyununu keçirən Teo Uiks “Qəbələ”nin tarixinə həm ilk liberiyalı, həm də avrokuboklardakı ilk het-trikin müəllifi kimi düşüb. “Samtredia” ilə matçda 3 qol vurub, 1 məhsuldar ötürmə verən Uiks matç haqda fikirlərini klub saytına açıqlayıb:

“Qəbələ”də ilk oyunum mənim üçün uğurlu oldu. Buna çox sevinirəm və belə davam etməsini istəyirəm. Qarşılaşmadan öncə qələbə qazanacağımıza inansam da, hesabın belə olacağını və özümün 3 qol vuracağımı gözləmirdim. Çünki rəqibimiz də güclü komandadır. Matçdan öncə şanslar da bərabər qiymətləndirilirdi. Lakin biz bu görüşdə daha yaxşı oynayıb, qalib gəldik. Üç qol vurmağa nail oldum ki, bu da karyeramda ilk het-trikdir. Mənim bu uğurum bütün komandanın əməyidir. Qollarımda və qələbəmizdə komanda yoldaşlarımın böyük rolu oldu”.

Uiks bu ay keçdiyi “Qəbələ”yə uyğunlaşması və “Samtredia” ilə cavab oyunu haqda da fikirlərini bildirib: “Qəbələ”yə gəldiyim ilk gündən komandaya uyğunlaşmağa, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirməyə çalışıram. Bunlar da adaptasiyaya müsbət təsir edir. İlk qarşılaşmada yaxşı oynayıb, nəticə qazansaq da, qarşıda səfər oyunu da var. Bu matçın da çətin olacağını bilirik. Həmin oyuna da ciddi yanaşıb, bütün görüşlərə olduğu kimi hazırlaşacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.