1 iyul 2016 00:40
Domjale Avroliqada Məsimovsuz qələbə qazandı
Sloveniyanın "Domjale" klubu Avropa Liqasının yeni mövsümündə ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası Andorra "Luzitanos"u ilə qarşılaşıb.
Sloveniyalılar doğma meydanda baş tutan ilk oyunda 3:1 hesablı qələbəyə seviniblər. Məsimovun adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı bir həftə sonra keçiriləcək.
