1 iyul 2016 00:30
Giya Tsetsadze: Gürcüstanda daha yaxşı oynamağa çalışacağıq
Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Qəbələ"dən alınan 1:5 hesablı məğlubiyyətdən sonra "Samtredia"nın baş məşqçisi Giya Tsetsadze fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Gürcüstan təmsilçisinin çalışdırıcısı bunları dilə gətirib:
"Qələbə qazanmağımıza komandanız mane oldu. Bu oyunda çoxlu səhvə yol verdik. Gürcüstandakı cavab oyununda daha yaxşı oynamağa çalışacağıq". (CBC)
