1 iyul 2016 00:05

Tale Heydərov: Qəbələnin bu heyəti əvvəlkindən zəif deyil, bəlkə daha yaxşıdır

"Qəbələ"nin prezidenti Tale Heydərov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Samtredia"sı ilə ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb, hansı ki, aralarında azerisport.az saytının əməkdaşı da olub.

- Matçla bağlı nə deyə bilərsiniz?
- Belə hesab gözləmirdik. Bizim üçün çox sevindirici haldı ki, hesab belə oldu. Ancaq hesab hər şey demək deyil. Ümid edirəm ki, “Qəbələ” növbəti oyunlarda da belə nəticələr əldə edəcək.

- Bəs komandanın oyunu sizi nə dərəcədə qane etdi?
- Bu barədə danışmaq çətindi. Hesaba baxsaq, deyə bilərik ki, yaxşı oynadıq. Növbəti rəqiblərlə oyunlardan sonra bunu demək daha asan olacaq.

- Yeni transferlərin oyunu barədə nə deyərdiniz?
- Yeni transferləri bəyəndim. Yenə dəyirəm, onları da daha çətin sınaqlarda yoxlamaq lazımdı. Ancaq fikrimcə, pis çıxış etmədilər.

- Bu gün ən rahat matçınızı izlədiniz...
- Bəli, razıyam.

- Yeni transferlər gözlənilirmi?
- Bəli. Bir hücumçu axtarırıq.

- İlkin təəssürat necədi, bu komanda daha güclü təsir bağışlayır, ya keçənilki?
- Bu barədə danışmaq çətindi. Ancaq fikrimcə, ən azından keçənilkindən pis deyil. Ola bilsin hətta daha yaxşıdır.

- Hədəf qrup mərhələsinə vəsiqə qazanmaqdır?
- Biz həmişə qarşımıza böyük hədəflər qoyuruq. Bu il hədəf daha da irəli getməkdi. Ümid edirəm ki, keçənilkindən daha yaxşı çıxış edəcəyik.

- İlk oyunda 3 qol vuran Teo Uiksin çıxışını necə şərh edərdiniz?
- Beş qol vurmağımız gözlənilməz idi. Biz heç 3 qol vuracağımızı gözləmirdik, o ki qaldı bir oyunçunun 3 qol vurması. Hamısı da gözəl qollar idi.

- Büdcənin artırılması gözlənilirmi?
- Xeyr, əksinə büdcə azaldılıb. Artırılması müzakirə mövzusu deyil.

- Bu, ölkədəki mailyyə problemləri ilə bağlıdır?
- Bəli, həm onunla bağlıdı, həm də düşünürük ki, qənaət etməklə də, nəticə qazanmaq olar.

- Düşünürmürsünüz ki, maliyyənin azaldılması komandanın nəticə qazanmasında mənfi rol oynaya bilər?
- Əlbəttə, bunun mənfi təsiri ola bilər. Ancaq biz maksimum çalışmışıq ki, düzgün transferlər edək. Bildiyiniz kimi, ötən il bəzi uğursuz transferlər etdik. Bu dəfə daha az mailyyə ilə bunu neytralaşdırmaq istəyirik.

- Gənc oyunçular da meydanda çox idi. Bu, onu göstərir ki, “Qəbələ” artıq öz yetirmələrinə güvənəcək?
- Məşqçinin qarşısında hədəf qoymuşuq ki, daha çox yerli futbolçuları oynatsın. Bu gün də onun şahidi olduq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.