30 iyun 2016 15:00

Tural Axındov: Daçiya keçiləsi rəqibdir

"Kəpəz"in kapitanı Tural Axundovun azerisport.az saytına müsahibəsi

- Avropa Liqasında qolsuz heç-heçə ilə başladınız. Bu heç-heçədən sonra Moldova "Daçiya"sı ilə səfər oyununuzdan nə gözləyək?
- Ola bilsin ki, komandamız səfərdə tam sərbəst oynaya bilməyəcək. Bu da normaldır. Amma biz ancaq qələbə qazanmaq üçün mübarizə aparacağıq.

- Sizə qollu heç-heçə də bəs edəcək. Buna çalışacaqsınız, ya qələbəyə?
- Bizi 1:0 hesablı qələbə tam qane edir.

- Bakıdakı görüşün nəticəsindən razı qaldınız?
- Yaxşı oynadıq. Sadəcə, qol epizodlarından yararlana bilmədik. İki-üç qol vura bilsəydik, Moldovada sakitcə öz oyunumuzu sərgiləyə bilərik. Ümid edirəm ki, istəyimizə səfərdə çatacağıq. "Daçiya" keçiləsi rəqibdir.

- "Kəpəz"in 16 il sonra avrokuboklara qayıtması həyəcan yaradırdı?
- Hamıda deyə bilmərəm, amma ümumi həyəcan var idi. Çünki uşaqların əksəri ilk dəfə avrokubok matçına çıxmışdı. Lakin 15-ci dəqiqədən sonra həyəcandan əsər-əlamət qalmamışdı.

- Rəqib komandanın üzvləri, xüsusilə prezidenti Adlan Şişxanov oyundan öncə iddialı açıqlamalar verirdi. Oyun zamanı da onunla komanda yoldaşınız Kərim Diniyev arasında insident yaşandı. Buna ilk müdaxilə edən isə siz oldunuz...
- Kərim topu ona qəsdən vurmadı. Mən həmin epizodu arxadan izləyirdim və hər şeyi görürdüm. Şişxanovun açıqlamalarına gəlincə, istədiyini deyə bilər. Biz sadəcə, onun fikirlərinə hörmətlə yanaşa bilərik.

- Şahin Diniyev oyundan öncə rəqibin çox güclü olduğunu desə də, meydanda bunun əksini gördük...
- Rəqib oyun baxımından bizdən üstün deyildi. Amma bu, səfərdəki oyunun da bizim üçün asan olacağından xəbər vermir. Səfərdə öz oyunumuzu sərgiləməliyik. Allah eləsin ki, qələbə qazanaq.

- "Dalğa Arena"ya elə də çox azarkeş gəlməmişdi. Bu, oyununuza təsir etdi?
- Əlbəttə, oyunun Gəncədə keçirilməsini çox istərdik. Orada oynasaydıq, hər şey tam fərqli olacaqdı. Amma Bakıdakı oyunumuza gələnlərin də birinə təşəkkürümü bildirirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.