30 iyun 2016 12:00

Prosineçki: Azərbaycanın DÇ-yə vəsiqə qazanması çətin məsələdir

Azərbaycan yığmasının xorvatiyalı baş məşqçisi Robert Prosineçki ölkəsinin mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Xorvatiya yığmasının AÇ-2016-dakı çıxışını necə qiymətləndirərdiniz?
- Xorvatiya bu turnirdə çox yaxşı oynadı. Portuqaliyaya da qarşı yaxşı oynadıq. Əlbəttə, nəticə xeyrimizə olmadı. Amma bu rəqibə də qalib gəlmək şansımız var idi. Lakin razıyam ki, hazırda hər kəs yaxşı oyundan daha çox nəticəyə baxır.

- Sizcə, müdafiə xəttimiz yenə də ən zəif yerimiz idi?
- Bununla razı deyiləm. Bəli, qol buraxdıq, amma 117-ci dəqiqədə. Fikrimcə, Srna ən yaxşı oyununu sərgilədi. Çorluka tam gücünü qoydu. Vida Çexiya ilə oyunda bizə penalti qazandırdı. Yaxşı futbolçularımız var. Xorvatiya hətta Portuqaliyadan da yaxşı oynadı. Bu komandaya qalib gəlsəydik, heç bir şəxs yığmamızın və ya müdafiə xəttimizin zəif çıxışından danışmazdı.

- "Real" və "Barselona"nın futbolçuları - Modriçlə Rakitiçin AÇ-də yorğun olduğunu demək olar?
- Belə deməzdim Əlbəttə, uzun mövsümdən sonra hər bir futbolçuda yorğunluq, müəyyən zədə ola bilər. Bu da normal haldır. Amma Luka əvvəllər sərgiləmədiyi oyunu göstərdi. Onun bu qədər istəklə oynadığını görməmişdim. Meydanın hər yerində görmək olurdu. Ona görə də yorğunluqdan danışmaq istəməzdim.

- Artıq AÇ-də səkkiz komanda qalıb. Favoritiniz?
- İslandiya İngiltərəyə qalib gəldi. İtaliya Kontenin rəhbərliyi altında çox yaxşı futbol sərgiləyir. Amma onlar da almanlarla üz-üzə gələcəklər. Fransızlar meydan sahibi kimi doğma tribuna önündə istədikləri nəticələri qazana bilirlər. Almanlara gəlincə, onlar pis və ya yaxşı oynamalarından asılı olmayaraq, həmişə sonadək mübarizə aparırlar.

- Azərbaycan yığmasını da yaxın gələcəkdə İslandiya kimi belə böyük turnirlərdə görə bilərik?
- Azərbaycan inkişaf edir. Bunu sərgilədiyimiz bir neçə yaxşı oyun da göstərib. Ümid edirəm ki, DÇ-2018-in seçmə mərhələsində rəqiblərimiz üçün asan yem olmayacağıq. Bu, bizim hədəfimizdir. Əlbəttə, Rusiyadakı mundiala yollanmağımız çətin məsələdir. Amma işlərimiz o dərəcədə pis də deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.