30 iyun 2016 22:50

Neftçi və Qəbələdən inamlı qələbə

Bu gün Avropa Liqasında birinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən komandaların da ikisi yeni mövsümdə ilk matçına çıxıb.

Söhbət "Qəbələ" ilə "Neftçi"dən gedir. Bölgə təmsilçisi Bakıda Gürcüstan "Samtredia"sını qəbul edib. Paytaxt klubu isə səfərdə Malta "Baltsan"ı ilə münasibətlərinə aydınlıq gətirib.

Ötən mövsüm də startda Gürcüstan təmsilçisi - Tiflis "Dinamo"su ilə qarşılaşan Roman Qriqorçukun komandası uğurlu çıxışı ilə futbol ictimaiyyətini təəccübləndirərək, Avroliqanın qrup mərhələsinə qədər irəliləməyi bacarmışdı. Qəbələlilər bu mövsüm də eyni uğuru təkrarlamaq üçün "Samtredia" üzərində elə ilk oyunda inamlı qələbə qazanmalıydı ki, səfərə rahat yollansın. Komandamız bu vəzifənin öhdəsindən lazımınca gəlib. "Qəbələ" rəqibini doğma meydanda darmadağın etməklə demək olar ki, gürcülər üçün şans yeri qoymayıb.

"Neftçi"nin işi isə daha asan idi. Vəli Qasımovun komandası elə də güclü olmayan rəqibi ilə dueldə işi səfərdəcə həll edə bilərdi ki, buna da nail olub. Hər hissədə bir qol vuran "ağ-qaralar" artıq növbəti mərhələ haqda düşünə bilər. Paytaxt təmsilçisi cavab matçını doğma meydanda keçirəcək və Bakıda, doğma azarkeşlərinin dəstəyi sayəsində maltalılar üzərində növbəti qələbəsini də qazanmaq şansına malikdir.

Qeyd edək ki, Azərbaycanın Avroliqadakı digər təmsilçisi - "Kəpəz" ilk rəqibi Moldova "Daçiya"sı ilə iki gün öncə Bakıda qarşılaşdı və qolsuz heç-heçəyə razılaşdı. Bütün təmsilçilərimizin cavab oyunları iyulun 7-də baş tutacaq.

Avropa Liqası
Birinci təsnifat mərhələsi
(ilk oyunlar)
30 iyun

"Baltsan"- "Neftçi" - 0:2 (0:1)
Qol: R.Hacıyev, 14 (0:1). R.Qurbanov, 84-pen. (0:2).
Sarı vərəqə: S.Betsina, 53. E.Kastilyo, 64. K.Brinçat, 72. C.Qrioli, 86.
Baş hakim: Yovan Kaludjeroviç (Çernoqoriya).
Paola. "Hibernians" stadionu.

"Baltsan": 32. İvan Yanyuşeviç, 8. Pol Feneç, 9. Borçe Manevski (7. Lidon Mikallef, 65), 10. Dilan Qrima (5. Samir Arab, 81), 11. Stiv Betsina, 16. Kliv Brinçat (4. Castin Qrioli, 74), 17. Alfred Effionq, 18. Anderson Françisko, 23. Elkin Serrano, 50. Oliveyra, 86. Boyan Kalyeviç.
Ehtiyat oyunçular: 1. Kristian Kassar, 19. Ceymi Zerafa, 20. Terençe Aqius, 88. Sin Kipriot.
Baş məşqçi: Oliver Spiteri.
"Neftçi": 1. Krşevan Santini, 3. Jayro, 7. Araz Abdullayev (k) (19. Fəhmin Muradbəyli, 81), 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev (10. Cavid İmamverdiyev, 75), 22. Vançe Şikov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 80. Edson Kastilyo (4. Rahil Məmmədov, 90+4).
Ehtiyat oyunçular: 66. Kamran İbrahimov, 26. Kamal Qurbanov, 41. Ömər Buludov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Vəli Qasımov.

"Qəbələ" - "Samtredia" - 5:1 (3:0)
Qollar: V.Stankoviç, 16 (1:0). S.Zenyov, 19 (2:0). T.Uiks, 30 (3:0). L.Şerqelaşvili, 59 (3:1). T.Uiks, 69 (4:1). T.Uiks, 72 (5:1).
Sarı vərəqə: D.Jikiya, 44. T.Markozaşvili, 63. S.Zenyov, 65. T.Uiks, 69.
Baş hakim: Denis Şerbakov (Belarus).
Bakı. 8-ci km stadionu.

"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov (88. Tellur Mütəllimov, 83), 15. Vitali Vernidub, 18. Baqali Dabo (32. Rəşad Eyubov, 77), 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks (8. Qismət Alıyev, 86), 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 17. Məhəmməd Mirzəbəyov, 44. Rafael, 90. Ramil Həsənov.
Baş məşqçi: Roman Qriqorçuk.
"Samtredia": 12. Omar Miqineişvili, 3. Cemal Qoqiaşvili, 4. Nika Sandoxadze, Qiuli Manjqaladze (15. Daçi Tsnobiladze, 71), 7. Davit Rajamaşvili, 10. Baçana Arabuli, 11. Budu Zivzivadze (8. Teymuraz Markozaşvili, 59), 14. Davit Jikiya (77. Georgi Qamkrelidze, 46), 16. Laşa Şerqelaşvili, 22. Georgi Mçedlişvili, 26. Georgi Datunaşvili (k).
Ehtiyat oyunçular: 30. Kaxaber Meşveliani, 2. Davit Mtivlişvili, 17. Şota Kerdzevadze, 39. Tornike Qorqiaşvili.
Baş məşqçi: Giya Tsetsadze.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.