29 iyun 2016 14:20

Tadas Simaitis: İlk oyun hansı komandanın daha güclü olduğunu göstərdi

"Kəpəz"in qapıçısı Tadas Simaitis Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sına qarşı keçirilmiş ilk oyundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Matçla bağlı fikirləriniz...
- Normal oynadıq. Birinci hissədə "Daçiya"dan daha yaxşı təsir bağışladıq. Qol vurmaq üçün də şanslarımız oldu. Amma təəssüf ki, onlardan yararlana bilmədik. İkinci hissədə hər iki komanda yaxşı oynadı.

- Minimum hədəfiniz nə idi?
- Qolsuz heç-heçə bizim üçün minimum vəzifə idi. Daha dəqiq desək, qol buraxmamaq. Amma qələbə də qazana bilərdik. Çox təəssüf ki, qol şanslarını boşa verdik.

- "Kəpəz"in 100 faiz hazır olmadığı hiss olunurdu...
- Mən belə deməzdim. Fiziki cəhətdən də 100 faiz hazır idik. Sadəcə, taktiki cəhətdən tam hazır deyildik. Məsələ burasındadır ki, bəzi oyunçularımız ilk dəfə rəsmi oyuna çıxmışdı. Amma belə həm oyun, həm də nəticəni normal saymaq olar. Fiziki cəhətdən də hər şey qaydasındadır.

- "Kəpəz"in qələbəsi daha ədalətli nəticə olmazdımı?
- Mən də elə düşünürəm. Çoxlu qol vəziyyətimiz vardı. Təəssüf ki, buna nail ola bilmədik.

- Qolsuz heç-heçəni cavab matçı öncəsi uğurlu nəticə saymaq olar?
- Hələ heç nə bitməyib. Hər şeyə cavab oyununda aydınlıq gələcək. Bizə səfərdə qollu heç-heçə də sərf edəcək. Ona görə də ilk oyunun nəticəsini pis nəticə hesab etmirəm.

- "Daçiya"nın prezidenti Adlan Şişxanov "Kəpəz"ə elə də ciddi yanaşmadığını hiss etdirdi və bildirib ki, komandası cavab oyununda mütləq qalib gələcək. Bu, sizə əlavə motivasiya vermir?
- (gülür) Şübhəsiz ki, belə açıqlamalar bizim üçün əlavə motivasiyadır. Amma klub prezidentinin belə sözlər deməsi yaxşı deyil. İlk oyun kimin daha güclü olduğunu göstərdi. Bunu hamı gördü.

- İlk dəfə avrokuboklarda çıxış edirdiniz?
- 20 yaşım olanda "Şaulyay"da çıxış edirdim. Bu komanda avrokuboklara qatılsa da, mən ikinci qapıçı idim. Ona görə də meydana çıxmamışdım. Bu üzdən də ilk dəfə "Kəpəz"in heyətində avrokubok matçında iştirak etdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.