28 iyun 2016 19:00
Sezar Meza Kolli: İnterlə rəsmən ayrıldıq
"İnter"in paraqvaylı yarımmüdafiəçisi Sezar Meza Kolli bəyan edib ki, növbəti mövsümdə paytaxt klubunun şərəfini qorumayacaq. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bakı klubuna qayıtmayacağam. Hazırda Paraqvaydayam. Artıq dəqiq bilirəm ki, "İnter"də olmayacağam. Rəsmən ayrıldıq. Lakin bu, Azərbaycan Premyer Liqasında oynamayacağım anlamına gəlmir. Ola bilər ki, başqa kluba keçim. Tezliklə növbəti mövsümdə hansı klubda çıxış edəcəyim bilinəcək".
