28 iyun 2016 15:00

Aslan Kərimov: Klublarımız ilk mərhələni keçəcək

Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimovun azerisport.az saytına müsahibəsi

- Razısınız ki, avrokuboklardakı təmsilçilərimiz arasında mərhələ adlamaq şansı ən az olan "Kəpəz"dir?
- Razıyam. Onlar bir neçə aparıcı futbolçusunu itirib. Məsələn, Budaq Nəsirovla Namiq Ələsgərov artıq komandada deyil. Bu iki futbolçu komandaya çox kömək edirdi.

- Rəqib Moldova "Daçiya"sıdır...
- "Daçiya" təbii ki, Malta və ya digər zəif ölkə təmsilçisi deyil. Moldova futbol ölkəsidir. "Kəpəz"in püşkatma zamanı səpələnməmişlər səbətində yer aldığını nəzərə alsaq, "Daçiya" ilə düşməsi normaldır. Amma "Kəpəz" doğma meydanda qələbə qazana bilir. Belə olan halda mərhələ adlamaq şansı da yaranacaq. Bütövlükdə, "Kəpəz" mərhələ adlaya biləcək gücdədir.

- Sizə elə gəlmir ki, "Qəbələ" Gürcüstanda hazırlıq keçməklə ilk mərhələdəki rəqibi olan bu ölkənin "Samtredia" klubuna geniş informasiya toplamaq imkanı yaratdı?
- "Qəbələ" Gürcüstan klubu ilə düşəcəyini öncədən bilsəydi, ora getməzdi. Amma rəqibin bundan ciddi faydalandığını düşünmürəm. Bu, həlledici amil deyil. "Qəbələ"yə bu olmadan da çətin olacaq. Çünki Aleksey Qay, Dodo kimi aparıcı futbolçular komandadan ayrılıb. Yeni futbolçuların komandaya nə dərəcədə faydalı olacağını isə zaman göstərəcək.

- Son illərdə klub futbolu səviyyəsində Gürcüstanı üstələyirik...
- Buna güclü legioner seçimi sayəsində nail oluruq. Yerli futbolçuların timsalında müqayisə aparsaq, biz onlara uduzuruq. "Qəbələ" kağız üzərində 60-ın 40-a nisbətində favoritdir. Amma hər şeyə oyun zamanı aydınlıq gələcək.

- Bəs "Neftçi"dən nə gözləyirsiniz?
- Malta "Baltsan"ının heyətində legionerlər var. Buna baxmayaraq, "Neftçi" bu rəqibdən üstündür. Burada da şansları 60-ın 40-a nisbətində dəyərləndirirəm. Bakılıların heyətində Avroliqanın qrup mərhələsində oynamış futbolçulardan cəmi ikisi qalıb. Beynəlxalq oyun təcrübəsi baxımından çatışmazlıqlar var.

- "Qarabağ"ı da Lüksemburq "Düdelanj"ı ilə oyunlar gözləyir...
- "Qarabağ"ın bu rəqiblə problemi olmamalıdır. Bütün rəqiblər arasında ən yaxşı vairant bu idi. Çünki Qazaxıstan çempionu ilə də düşmək variantı var idi. Hər halda Lüksemburq təmsilçisi "Anderlext" və ya "Tottenhem" deyil. Ağdamlılara çətin olmamalıdır. Şansları 70-in 30-a dəyərləndirirəm.

Bütövlükdə, klublarımızın hamısı ilk rəqibini keçə bilər. Futbolumuz daha artığına layiqdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.