28 iyun 2016 00:20
Kəpəz Avroliqaya yeni forma ilə gedir
"Kəpəz" Avropa Liqasında və növbəti mövsümdə yeni formalarla çıxış edəcək. Azerisport.az xəbər verir ki, artıq bu gün Gəncə klubu Avroliqanın birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sı ilə ilk oyuna çıxacaq.
Şahin Diniyevin komandası yeni formalarından da ilk dəfə olaraq məhz bu görüşdə istifadə edəcək. Yeni formalarda da komandanın əsas rəngləri - sarı və göy - saxlanılıb.


