27 iyun 2016 19:20

Şahin Diniyev: Bakıda qol buraxmaq istəmirik

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Avropa Liqasının birinci təsnifat mərhələsində Moldova "Daçiya"sına qarşı keçirəcəkləri ilk oyun öncəsi bu gün mətbuat konfransında fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

- Bizim üçün çox vacib oyundur. Çətin olacaq. Uğurlu çıxış etməyə çalışacağıq. İdeal formada deyilik. Amma hər şey o dərəcədə pis də deyil. Ərzurum toplanışı bizim üçün çox faydalı alındı. Lakin oyun təcrübəmiz azdır. Beş futbolçu ilk dəfə "Kəpəz"də oyuna çıxacaq. Çətinliklərə sinə gərəcəyimizə ümidliyəm. Azarkeşləri evə razı yola salmağa çalışacağıq. Amma hər şeyə Moldovadakı cavab oyununa aydınlıq gələcək.

- "Kəpəz"in 16 il sonra yenidən avrokuboklara qayıtmasının mənfi təsiri çoxdur, ya müsbət?
- Avroliqada oynamaq hər futbolçuya nəsib olmur. Yetirmələrim üçün bu, bir şansdır. Onlar özlərini göstərmək üçün alışıb yanırlar. Bunun üzərində çalışırıq. Nə olursa olsun, bununla həyat bitmir. "Kəpəz"i növbəti mövsümdə daha ağır oyunlar gözləyir.

- Bakıdakı oyunda istədiyiniz azarkeş dəstəyini görə biləcəyinizə əminsiniz?
- Bu işlə rəhbərlik məşğul olur. Bu yöndə böyük iş görüldüyünü eşitmişəm. Amma onu dəqiq bilirəm ki, dəstəksiz qalmayacağıq. Tribunalarda azı 3-4 min azarkeş gözləyirəm.

- Rəhbərlik qarşınıza hansı tapşırıq qoyub?
- Rəhbərlik məndən konkret hansısa nəticə tələb etmir. Amma biz yaxşı çıxış edib, uğurlu nəticə qazanmağa çalışacağıq. Aramızda 100 faizlik anlaşma var.

- Sabah hücum futboluna üstünlük verəcəksiniz, ya müdafiədən oynayacaqsınız?
- Həm hücumda, həm də müdafiədə inamlı çıxış etməliyik. Qol buraxmaq istəmirik. İlk dəqiqələrdən ehtiyatlı oynamağa çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.