27 iyun 2016 18:30

Qəbələ Samtredia ilə oyunun hazırlığını davam etdirir

“Qəbələ” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin “Samtredia” (Gürcüstan) ilə ilk oyununun Bakıdakı hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, iyunun 26-da Gürcüstan toplanışını başa vurub, Bakıya qayıdan “qırmızı-qaralar” bu gün növbəti məşqinə çıxıb.

Məşqlərinə ara verməyən Roman Qriqorçukun yetirmələrinin günün ilk yarısına təsadüf edən hazırlığı paytaxtda baş tutub. ADBTİA stadionundakı çalışmalarda futbolçular bərpaedici hazırlıq keçib. Komanda növbəti məşqini sabah günün ikinci yarısında keçirəcək.

Xatırladaq ki, “Qəbələ” 2016-2017-ci illər mövsümünə iyunun 30-da start verəcək. “Qırmızı-qaralar” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununu 8-ci km stadionunda keçirəcək. Komandamız Gürcüstan çempionatının gümüş mükafatçısı “Samtredia” ilə üz-üzə gələcək. Bu, 2014-2015 və 2015-2016-cı illər mövsümlərində də UEFA Avropa Liqasında çıxış edən “Qəbələ”nin avrokuboklarda ardıcıl 3-cü mövsümünün startı olacaq.

UEFA Avropa Liqası
Birinci təsnifat mərhələsi
İlk oyun

30 iyun

21:00. “Qəbələ” - “Samtredia”
Baş hakim: Denis Şerbakov (Belarus).
Baş hakimin köməkçiləri: Dmitri Juk, Yuri Xomçanka (hər ikisi Belarus).
Dördüncü hakim: Sergey Tsinkeviç (Belarus).
Hakim-inspektor: Aleksey Spirin (Rusiya).
Bakı. 8-ci km stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.