27 iyun 2016 12:40

Baçana Arabuli: Qəbələyə sürpriz etmək istəyirik

Avropa Liqasının birinci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan Gürcüstanın "Samtredia" klubunun hücumçusu Baçana Arabulinin azerisport.az saytına müsahibəsi

- "Qəbələ" ilə düşdüyünüzə görə təəssüflənmədiniz?
- Xeyr, hər şey normaldır. Səbrsizliklə matçları gözləyirik.

- "Qəbələ" barədə məlumatınız var?
- Bəli, var. Rəqib bizimlə müqayisədə təcrübəli komandadır. Onlar ötən mövsüm Avroliqanın qrup mərhələsində oynayıblar. Yaxşı heyətə malik olduqlarını da bilirəm.

- Oyunçularından kimi tanıyırsınız?
- Nika Kvekveskirini qeyd edə bilərəm. Onunla yaxşı dostluğumuz var. Nika doğrudan da güclü futbolçudur və "Samtredia" üçün ən təhlükəli oyunçulardan biridir.

- Yəqin ki, "Qəbələ"nin Gürcüstanda hazırlıq keçdiyini nəzərə alsaq, bu komandanı izləmək klubunuz üçün problem olmadı...
- Doğrudan da elədir. Onlar burada bizim klublarla yoxlama oyunları da keçirdilər.

- Rəqibdən çəkinmirsiniz?
- Ciddi hazırlaşırıq. "Qəbələ"nin Avroliqadakı oyunlarını görmüşəm. Çox çətin qrupa düşsələr də, yaxşı çıxış etdilər.

- Belə çıxır ki, "Qəbələ"ni güclü hesab edirsiniz?
- Əlbəttə. Axı ilk mərhələdəcə ötən mövsüm qrup mərhələsində oynamış komandaya qarşı mübarizə aparacağıq. Bu baxımdan rəqibimizi güclü sayıram.

- Azərbayanda çoxlu həmyerliniz çıxış edir. Rəqib barədə onlardan da məlumat almağa çalışmısınız?
- Xeyr. Heç bu barədə danışmamışıq.

- Ötən mövsüm "Qəbələ"nin ilk təsnifat mərhələsindəki rəqibi digər Gürcüstan təmsilçisi "Dinamo" idi. Maraqlıdır ki, siz də həmin dövrdə məhz Tiflis klubunda çıxış edirdiniz...
- Mən özüm də həmin oyunlar üçün sifariş edilmişdim. Qəbələdəki səfər oyununa da gəlmişdim. Amma meydana çıxmadım. Bizim üçün uğursuz oyun oldu.

- Cütün favoriti kimdir?
- Əlbəttə, "Qəbələ" favoritdir. Bu, şübhəsizdir. Amma biz Azərbaycan klubuna sürpriz etmək istəyirik. Bunun nə dərəcədə alınacağını zaman göstərəcək. İstənilən halda mərhələ keçə bilməsək, bunu böyük uğursuzluq saymaq olmaz. Amma biz mərhələ adlamaq istəyirik və buna çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.